Ordu.az xəbər verir ki, bu addım Türkiyənin “Mavi Vətən” konsepsiyası çərçivəsində sualtı nəzarət, kəşfiyyat və təhlükəsizlik imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
NETA 300 süni zəka ilə təchiz olunmuş avtonom naviqasiya sistemləri sayəsində insan müdaxiləsinə ehtiyac duymadan müstəqil şəkildə fəaliyyət göstərir. Dərinlikdə yerləşən obyektlərin aşkarlanması, sualtı kəşfiyyat və mina aşkarlama funksiyaları ilə təchiz olunan bu vasitə həm hərbi, həm də mülki məqsədlərlə istifadə oluna bilər.
STM tərəfindən verilən açıqlamada bildirilir ki, bu uğur Türkiyənin müdafiə sənayesində yüksək texnologiyalı robotik və avtonom sistemlərin inkişafında əldə etdiyi nailiyyətlərin göstəricisidir.
Sevinc Əliyeva
Ordu.az