Ordu.az xəbər verir ki, görüş nəticəsində tərəflər arasında strateji əməkdaşlığı təsdiqləyən qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bu sənəd çərçivəsində Çin şirkəti Nigeriya Silahlı Qüvvələrinin müdafiə infrastrukturuna sərmayə yatırmaq, hərbi texnologiya transferi həyata keçirmək və yerli istehsal imkanlarını inkişaf etdirmək öhdəliyini götürüb. Əsas məqsədlər sırasında 7.62×51mm çaplı döyüş və təlim patronlarının, 9×19mm tapança patronlarının və avtomatik silahlar üçün sursatın yerli istehsalı da var.
Əlavə olaraq Kaduna əyalətində patron gilizləri və digər komponentlər üçün yeni zavodların tikilməsi nəzərdə tutulur. Çin bu əməkdaşlıq vasitəsilə yalnız Nigeriyaya deyil, həm də ətraf region ölkələrinə hərbi xidmət ixracını genişləndirməyi planlaşdırır.
Nazir Matavalle bu təşəbbüsün prezident Bola Tinubunun təhlükəsizlik sektorunun modernizasiyasına dair strateji baxışı ilə tam uyğun olduğunu bildirib.
Sevinc Əliyeva
Ordu.az