Ordu.az xəbər verir ki, bu texnoloji yenilik raketlərin döyüş şəraitində çevikliyini və hədəfə dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq.
Yeni süni zəka modulları raketlərin uçuş trayektoriyasını dinamik şəkildə tənzimləməklə, ətraf mühitin dəyişkən faktorlarını real vaxtda qiymətləndirə və uyğun qərarlar qəbul edə bilir. Bu, raketlərin düşmənin hava hücumundan müdafiə sistemlərini aşmasını və mürəkkəb hava şəraitində belə yüksək dəqiqliklə hədəfə çatmasını təmin edir.
Məlumata görə, süni zəka dəstəyi ilə hazırlanan raketlər artıq ilkin sınaqlardan uğurla keçib. Texnologiyanın 2026-cı ildən etibarən “Bora”, “Tayfun” və digər strateji raket sistemlərinə tətbiqi planlaşdırılır. Bu yenilik təkcə Türkiyənin müdafiə sənayesinin inkişafında deyil, həm də regional güc balansının dəyişməsində mühüm rol oynayacaq.
Qeyd edək ki, süni zəkanın ballistik raketlərə tətbiqi yüksək manevr qabiliyyəti və adaptiv idarəetmə imkanları ilə Türkiyənin raket texnologiyalarında yeni standart yaratmasına şərait yaradacaq.
Sevinc Əliyeva
Ordu.az