Ordu.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, tədarük Almaniya Hərbi Hava Qüvvələrinin müfəttişi, general-leytenant İnqo Gerhartsın Təl-Əvivə səfəri zamanı baş tutub.
Xatırladaq ki, Berlinin cənubundakı Holtsdorf aviabazasında "Arrow 3" sisteminin yerləşdirilməsi üçün tikinti işlərinə fevral ayında başlanılıb. Brandenburq və Saksoniya-Anhalt sərhədində yerləşən Holtsdorf hərbi aerodromu gücləndirilmiş hava hücumundan müdafiə sisteminin bir hissəsini təşkil edəcək.
İsrailin Almaniyadan "Arrow 3" tədarükü 2023-cü ilin sentyabrında Berlində razılaşdırılıb. Müvafiq sazişin imzalanma mərasimi həmin ilin noyabrında Təl-Əvivdə baş tutub. İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, sazişin dəyəri 3,6 milyard dollar təşkil edib.
Ordu.az