Ordu.az xəbər verir ki, aprelin 28-də keçirilən federal seçkilərdə qalib gələn Liberal Partiyasının lideri Karni hərbi xərclərin artırılacağını və ABŞ-dən asılılığın azalacağını bildirib.
“Birləşmiş Ştatlara əsaslanan açıq qlobal ticarət nizamı sona çatdı. İkinci Dünya müharibəsindən etibarən Kanadanın arxalandığı sistem sona çatdı”, - deyə Karni Ottavada qələbə nitqində qeyd edib.
Karni seçki kampaniyası zamanı müdafiə məhsullarının mümkün olduğu qədər Kanadadan alınacağını, müdafiə müqavilələrinin sürətləndiriləcəyini, polad və alüminium kimi yerli xammallara üstünlük veriləcəyini vəd edib.
O, həmçinin Avropada yenidən silahlanma səylərində iştirak etmək istədiklərini bildirib.
Trampın Kanadaya tətbiq etdiyi rüsumlar və ölkənin yalnız “ABŞ-nin 51-ci ştatına çevriləcəyi təqdirdə” iqtisadi sanksiyalardan azad ediləcəyini açıqlaması geniş ictimai rezonansa səbəb olub.
Bu bəyanatlardan sonra Karninin rəhbərliyi altında Liberal Partiya yeni hərbi ittifaqların yaradılmasını ehtiva edən müdafiə siyasətini elan edib.
Sevinc Əliyeva
Ordu.az