Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə məlumat verib.
“Bildirmək istərdim ki, Dövlət Departamentinin rəsmiləri aprelin 29-da Suriyanın keçid hakimiyyətinin nümayəndələri ilə Nyu-Yorkda görüşüblər”, – deyə Bryus bildirib.
Onun sözlərinə görə, ABŞ ilə Suriya arasında gələcəkdə istənilən normallaşma və ya Vaşinqtonun Dəməşqə qarşı sanksiyaları ləğv etməsi yalnız ABŞ-ın əvvəlcədən irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq.
Ordu.az