Tramp Heqsetin vəzifədən uzaqlaşdırılmasını planlaşdırmır

2025/01/1737824920.jpg
Oxunub: 413     23:37     01 May 2025    
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uoltsdan sonra Pentaqonun rəhbəri Pit Heqseti vəzifədən azad etməyi planlaşdırmır.

Ordu.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, həm Uolts, həm də Heqset “Signal” messencerində informasiya sızması qalmaqalının mərkəzində olsalar da, Tramp bu məsələdə Pentaqon rəhbərinə fərqli yanaşır.

Prezident hesab edir ki, Heqset vəzifəsində qalmalıdır, çünki onun Senatda təsdiqlənməsi üçün administrasiya ciddi siyasi səylər göstərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   Tramp  


Bizi "telegram"da izləyin