EBRD 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro ayırıb

2025/05/1746105115.jpg
Oxunub: 452     16:41     01 May 2025    
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro məbləğində maliyyə yardımı göstərib.

Ordu.az xəbər verir ki, bu barədə EBRD-nin sosial şəbəkələrdəki bəyanatında bildirilib.

"Biz münaqişənin yaratdığı çağırışların öhdəsindən gəlməkdə Ukraynanın əsas tərəfdaşı olaraq qalırıq", - bəyanatda qeyd olunub.

Bildirilib ki, Ukraynanın cari maliyyələşdirilməsi kritik infrastrukturun bərpasına, biznesin dəstəklənməsinə və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Daha əvvəl EBRD-nin 2025-ci ildə Ukrayna iqtisadiyyatına 1,5 milyard avro investisiya yatırmaq niyyətində olduğu bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EBRD   Ukrayna  


Bizi "telegram"da izləyin