Kamala Harris amerikalıları ABŞ prezidentinə qarşı birləşməyə çağırıb

2024/09/1726030760.jpg
Oxunub: 404     13:01     01 May 2025    
Amerikalılar ABŞ prezidenti Donald Trampa qarşı çıxmaq üçün birləşməlidir və həmrəy olmalıdırlar.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, belə bir çağırışla keçmiş ABŞ vitse-prezident Kamala Harris çıxış edib.

“Böhranla üz-üzə qalanda bundan dərs çıxarmalıyıq – heç kim dağılışmamalıdır”, - deyə Harris bildirib.

Vəzifədən getdikdən sonra ən geniş çıxışını “Leading Women Defined” sammitində edən Harris ABŞ sakinlərini birgə hərəkət etməyə və mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb. O, Tramp administrasiyasının iqtisadi siyasətini “müasir prezidentlik tarixində ən böyük süni iqtisadi böhran” kimi qələmə verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harris   ABŞ  


Bizi "telegram"da izləyin