Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən şəxs istefa verib

2025/05/68132-1746085984.jpg
Oxunub: 385     11:31     01 May 2025    
Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən baş nazir Han Dok Su istefa verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi xəbər verib.

İyunun 3-də dövlət başçısının seçkiləri keçiriləcək. Ehtimal ki, Han Dok Su bu seçkilərdə öz namizədliyini irəli sürəcək, agentlik qeyd edib. Təxminən bir saat əvvəl Koreya Respublikasının Ali Məhkəməsi prezident yarışının favoriti Li Ce Myonun işi üzrə qərar elan edib. İnstansiya onun bəraəti ilə razılaşmayıb. İttiham hökmü Li Ce Myonu namizədliyini irəli sürmək hüququndan məhrum edə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   İstefa  


Bizi "telegram"da izləyin