ABŞ-nin müdafiə naziri İranı husilərə yardım etməyin fəsadları ilə hədələyib

2025/01/1737824920.jpg
Oxunub: 5148     06:41     01 May 2025    
ABŞ-nin müdafiə naziri Pit Heqset İranın üsyançı "Ənsar Allah" hərəkatının husilərinə yardım etməyin məsuliyyət daşıyacağını söyləyib.

Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İrana mesaj: husilərə ölümcül dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. ABŞ Silahlı Qüvvələrinin nəyə qadir olduğunu yaxşı bilirsiniz və sizə xəbərdarlıq edildi", - paylaşımda qeyd olunur.

"Sizin üçün seçdiyimiz zaman və yerdə fəsadlar", - Pentaqon rəhbəri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Husi  


Bizi "telegram"da izləyin