ABŞ: Çinlə tariflərə dair danışıqlar davam etmir

2025/05/524eb-1746074112.jpg
Oxunub: 620     05:54     01 May 2025    
Rəsmi Vaşinqton və Pekin tariflərlə bağlı rəsmi danışıqlar aparmır.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir deyib.

"Hələ yox", - o deyib və Vaşinqtonun Çin ilə ədalətli ticarət mühitini təmin etmək istəyini qeyd edib.

"Mən (çinli - red) həmkarımla bir saatdan çox danışdım, bu, aprelin 2-dən əvvəl idi (aprelin 2-də ABŞ prezidenti Donald Tramp 185 ölkədən və ərazidən idxala rüsumların tətbiqini elan etdi - red). Bu, virtual görüş idi, o, mənə konstruktiv göründü", - Qrir əlavə edib.

Onun sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi tariflər Pekinə zərər vurmaq deyil, Amerika iqtisadiyyatını bərpa etmək məqsədi daşıyır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Pekin  


Bizi "telegram"da izləyin