Aİ Rusiyaya qarşı sanksiyaları saxlamaq niyyətindədir

2025/04/1745916768.jpg
Oxunub: 3972     03:35     01 May 2025    
Avropa İttifaqı ABŞ-ın sülh danışıqlarında iştirakını dayandırmağa qərar verəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaları saxlamaq üçün alternativ plan hazırlayır.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Financial Times”a deyib.

“Tramp administrasiyası Ukrayna ilə bağlı sülh danışıqlarını dayandırmaq və Moskvaya yaxınlaşmaq qərarına gələrsə, biz Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri saxlamaq üçün ehtiyat plan hazırlayırıq”, - o bildirib,

Kallas vurğulayıb ki, ABŞ hazırda sazişdən çıxmağı düşünür və Avropa mövcud vəziyyətə uyğun qərarlar qəbul etməlidir.

Kaja Kallas həmçinin bəyan edib ki, Aİ heç vaxt Krımı Rusiyanın bir hissəsi kimi tanımayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya  


Bizi "telegram"da izləyin