Ordu.az xəbər verir ki, bu barədə “Naval News” məlumat yayıb.
“Naval News”un verdiyi məlumata görə, 6 gəmi üçün sifariş Avropa İttifaqının hərbi potensialını gücləndirmək planının bir hissəsi kimi həyata keçiriləcək.
6 freqatın inşasına bu yay Qalatidəki “Damen” gəmiqayırma zavodunda başlanacaq, tədarüklər 2028-2032-ci illər üçün planlaşdırılır.
Belçika və Niderland 2023-cü ilin iyununda ASWF sualtı qayıq əleyhinə freqatları sifariş edib, gəmi istehsalçısı kimi “Damen” və subpodratçı kimi “Thales” yer alıb.
“Future Surface Combatant” Buderland və Belçika Hərbi Dəniz Qüvvələrinin (HDQ) köhnəlmiş “Karel Doorman” sinfinə məxsus çoxməqsədli freqatlarını əvəz edəcək layihə hesab olunur. Gələcək freqatlar Niderland HDQ-də “HNLMS Van Amstel” və “HNLMS Van Speijk”, Belçika HDQ-də isə “Leopold I” və “Louise-Marie”ni əvəz edəcək.
Sualtı qayıq əleyhinə freqatların əsas vəzifəsi sualtı qayıqları uzaqdan aşkar edib məhv etməkdir. Freqatlar “Mk54” torpedosu ilə təchiz ediləcək.
Sevinc Əliyeva
Ordu.az