Ordu.az xəbər verir ki, sonuncu “Rafale” döyüş təyyarəsi aprelin 25-də Xorvatiyaya gəlib və Fransa istehsalçısı “Dassault Aviation” tərəfindən çatdırılması planlaşdırılan 12 çoxməqsədli təyyarənin daşınması başa çatıb.
Beləliklə, Xorvatiya HHQ-nin 4,5+ nəsil döyüş təyyarələri parkı tam gücünə çatıb və ölkənin HHQ0-sinin imkanları əhəmiyyətli dərəcədə gücləndirilib.
Bu tarixi mərhələ Xorvatiya HHQ-nin tarixində ən əhatəli modernləşdirmə proqramının başa çatdığını göstərir.
Bütün Rafale təyyarələrinin istifadəyə verilməsi ilə Xorvatiya öz regionunda texnoloji və əməliyyat baxımından ən inkişaf etmiş hava parklarından birinə malikdir.
Sevinc Əliyeva
Ordu.az