Yunanıstan yeni hərbi planını açıqladı: 150.000 hərbi qulluqçu orduya qəbul ediləcək

2025/04/1745831700.jpg
Oxunub: 729     10:13     01 May 2025    
Yunanıstan müdafiəsini gücləndirmək üçün 2030-cu ilə qədər 150 min nəfərdən ibarət könüllü ehtiyat qüvvə yaradacaq.

Ordu.az xəbər verir ki, bu planı müdafiə naziri Nikos Dendias Yunanıstan Hərbi Akademiyasında keçirilən ehtiyat təşkilatlanması konfransında açıqlayıb.

“Agenda 2030” təşəbbüsü dərhal hərəkətə keçə bilən və hazırkı ordu ilə tam səfərbərlik arasında körpü rolunu oynaya bilən yüksək təlim keçmiş ehtiyat qüvvə yaratmaq məqsədi daşıyır.

Könüllülər müddətli həqiqi hərbi xidmətini başa vurmuş əsgərlər və ehtiyatda olan zabit namizədləri, habelə son on ildə xidməti vəzifələrini yerinə yetirmiş vətəndaşlardan ibarət olacaqlar. Plan yüksək səviyyəli təlimlərə, müasir silah sistemlərinin inteqrasiyasına və vətəndaş-müdafiə əlaqələrinin gücləndirilməsinə üstünlük verir.

İslahatlar çərçivəsində dövlətin rəqəmsal platforması ilə inteqrasiya olunmuş şəkildə işləyəcək “Ehtiyat” tətbiqi hazırlanacaq və iştirakın artırılması üçün müxtəlif stimullar təklif olunacaq.

Dendias ehtiyat qüvvəni “dövlətin qalxanı” olaraq təyin edərək, bu strukturun qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər qarşısında əhəmiyyətini vurğulayıb və Yunanıstanın “vətəndaş-əsgər” ənənəsinə diqqət çəkib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Hərbi-plan  


Bizi "telegram"da izləyin