Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ ekspertləri xəbərdarlıq edirlər ki, bu texnoloji sıçrayış qlobal hərbi balansı dəyişə bilər.
ABŞ Milli Təhlükəsizlik Biotexnologiya Komissiyasının açıqladığı yeni hesabatda Çinin biotexnologiya və SZ-ni birləşdirərək, “ağıllı müharibə” dövrünə keçdiyi və ABŞ-nin bu yarışda geri qalmaq təhlükəsi ilə üzləşdiyi ortaya çıxıb.
Hesabata görə, Pekinin sistematik, dövlət tərəfindən dəstəklənən strategiyası qlobal biotexnoloji balansı əsaslı şəkildə dəyişdirmək potensialına malikdir.
Hesabatda Çin Xalq Azadlıq Ordusunun (PLA) bio-gücləndirilmiş əsgərlər üzərində işlədiyinə dair güclü işarələrin olduğu bildirilir. SZ ilə işləyən əsgərlər SZ ilə işləyən qərar qəbuletmə sistemləri ilə təchiz olunub və döyüş meydanında insan-maşın inteqrasiyası ilə dəstəklənir.
“Bu, elmi fantastika deyil, reallıqdır” deyə vurğulayan Komissiya Çinin Mülki-Hərbi Birləşmə doktrinası çərçivəsində mülki sahədə biotexnoloji yeniliklərin birbaşa orduya inteqrasiya olunduğunu və ABŞ üçün ciddi təhlükəsizlik riski yaratdığını bildirir.
“Interestin Engineering” qeyd edib ki, ABŞ Konqresinə təqdim edilən və 1800-dən çox mütəxəssislə aparılan müsahibələrin nəticəsi olan hesabatda ABŞ-nin biotexnologiya sahəsində təcili milli tədbirlər görməsinə ehtiyac olduğu barədə xəbərdarlıq edilir.
Sevinc Əliyeva
Ordu.az