Ordu.az xəbər verir ki, CBO tərəfindən yayımlanan “ABŞ Nüvə Qüvvələrinin Proqnozlaşdırılan Xərcləri” adlı ikiillik hesabat Müdafiə və Enerji Departamentlərinin büdcə planlarına əsaslanır.
Hesabata görə, 2025-2034-cü illər arasında hər il orta hesabla 95 milyard dollar xərclənəcək.
2034-cü ilə qədər nüvə arsenalının saxlanmasına 357 milyard dollar, silah sistemlərinə 309 milyard dollar, komanda, idarəetmə, rabitə və erkən xəbərdarlıq sistemlərinə 79 milyard dollar, laboratoriya avadanlıqlarına 72 milyard dollar ayrılacaq. Əlavə xərclər üçün 129 milyard dollar pay ayrıldığı bildirilib.
ABŞ nüvə qüvvələrinə nüvə enerjisi ilə işləyən ballistik raket sualtı qayıqları, quru əsaslı qitələrarası ballistik raketlər, uzun və qısa mənzilli bombardmançı təyyarələr və nüvə başlıqları daxildir.
2024-cü ilin yanvar məlumatlarına görə, “Statista” onlayn statistika portalının dərc etdiyi rəqəmlər göstərir ki, dünyada mövcud olan 12 121 nüvə başlıqından 5 044-ü ABŞ-yə məxsusdur.
Sevinc Əliyeva
Ordu.az