Aİ-dən Britaniyaya müdafiə fonduna giriş şərti: İştirak üçün ödəniş tələb olunur

2025/04/1745656111.jpg
Oxunub: 497     14:56     01 May 2025    
Böyük Britaniya 150 milyard avroluq Avropa İttifaqının (Aİ) silahlanma fonduna daxil olmaq üçün pul ödəməli olacaq.

Ordu.az xəbər verir ki, Brüsseldə diplomatlar tərəfindən müzakirə edilən plan layihələrinə əsasən, Aİ-yə daxil olmayan ölkələr “Safe” (Avropa Təhlükəsizlik Hərəkatı) fonduna qoşulmaq üçün ikitərəfli sazişlər imzalamalı və maliyyə töhfələri verməlidir.

Aİ və Britaniya mayın 19-da keçiriləcək sammitdə geniş əhatəli müdafiə və təhlükəsizlik sazişi imzalamağa hazırlaşırlar. Lakin danışıqlarda iştirak edən diplomatlar və rəsmilərin sözlərinə görə, “BAE Systems” kimi Britaniyanın müdafiə şirkətlərinin “Safe” fondundan faydalanması üçün ikinci, daha ətraflı və məcburi razılaşma tələb olunacaq.

“Bu təhlükəsizlik paktı məcburi deyil. Əsl problem maliyyə töhfəsini də əhatə edən ikitərəfli razılaşma olacaq”, - deyə Aİ diplomatlarından biri bildirib.

Avropa Komissiyasının təklif etdiyi “Safe” fondu Ukrayna müharibəsindən sonra müdafiə xərclərinə artan ehtiyaca cavab olaraq Aİ ölkələrinə birgə silah alışı etmək üçün ucuz kreditlər verəcək.

Fond, həmçinin Aİ ilə təhlükəsizlik sazişləri olan üçüncü ölkələrdən silah almağa icazə verir. Lakin hazırkı layihəyə görə, bu ölkələr fondlara xas yeni müqavilələr bağlamasa, müdafiə şirkətləri maliyyə mənbələrinə çıxış əldə edə bilməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Britaniya   Müdafiə  


Bizi "telegram"da izləyin