Tramp: Ukrayna ilə bağlı saziş demək olar ki, razılaşdırılıb, yüksək səviyyəli görüşə ehtiyac var

2025/04/1745641646.jpg
Oxunub: 10602     02:58     26 Aprel 2025    
Rusiya və Ukrayna arasında münaqişənin nizamlanmasına dair mümkün razılaşmanın əksər şərtləri artıq razılaşdırılıb.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib.

Onun sözlərinə görə, sülh sazişinin yekunlaşdırılması üçün tərəflərin yüksək səviyyədə görüş keçirməsi zəruridir.

“Rusiya və Ukrayna ilə yaxşı danışıqlar və görüşlər günü oldu. Onlar razılaşmaya çox yaxındırlar və indi hər iki tərəf bu məsələyə son qoymaq üçün çox yüksək səviyyədə görüşməlidir. Əsas maddələrin əksəriyyəti artıq razılaşdırılıb.” – deyə Tramp yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin