ABŞ Ukraynaya kibertəhlükəsizlik sahəsində yardımı məhdudlaşdırıb

2025/04/1745641410.jpg
Oxunub: 470     02:05     26 Aprel 2025    
ABŞ Ukraynanın kibertəhlükəsizlik sahəsində aldığı texniki yardımı əhəmiyyətli dərəcədə azaldıb.

Ordu.az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Vaşinqton onlarla mütəxəssislə bağlanmış müqavilələri ya ləğv edib, ya da dayandırıb.

Həmin mütəxəssislər Ukraynanın müxtəlif bölgələrində yüzlərlə obyektə texniki dəstək göstərirdilər.

Məqalədə qeyd olunur ki, “Tramp administrasiyası tərəfindən həyata keçirilən genişmiqyaslı ləğvlər fonunda ABŞ-ın Ukraynanı kibertəhlükələrdən qorumaq üçün göstərdiyi səylər xeyli zəifləyib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin