Ordu.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb
Məsələ İraq kəşfiyyatının rəhbəri Həmid əl-Şatrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüşdə müzakirə olunub. Görüş cümə günü Dəməşqdəki “Qəsr əş-Şaab” sarayında baş verib.
Suriya ərazisindəki sərhəd-keçid məntəqəsi “Ət-Tanf”, İraq ərazisində isə “Əl-Valid” adlanır. Bu, silahlılar üçün qaynar ərazidir.
SANA-nın məlumatına görə, əş-Şaraa İraq nümayəndə heyəti ilə söhbəti zamanı regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Ordu.az