Hindistanda terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib

2025/04/1745640658.jpg
Oxunub: 713     23:55     25 Aprel 2025    
Hindistanın turistik Qoa əyalətinin hakimiyyət orqanları Cammu və Kəşmir ittifaqı ərazisində 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra təhlükəsizlik tədbirlərini gücləndirib.

Ordu.az-ın "Times of India" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qoa ştatının baş naziri Pramod Savant bildirib.

"Qoa sahil və turizm əyalətidir. Qoa polisi hər zaman ayıqdır. Cammu və Kəşmirdə baş verənlərdən sonra Qoada təhlükəsizlik tədbirlərini artırdıq", - o bildirib.

Ştat polisi turizm bölgələrində və sahil boyu əlavə qüvvələr yerləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Terror  


Bizi "telegram"da izləyin