Tramp Romada Zelenski ilə görüşə bilər

2025/03/1741152478.jpg
Oxunub: 550     00:22     26 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada mümkün görüş ehtimalını istisna etməyib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Roma Papası Fransiskin dəfn mərasiminə yola düşməzdən əvvəl Tramp qeyd edib ki, İtaliya paytaxtında “bir çox xarici liderlərlə görüşlər” planlaşdırılır.

Trampa Zelenski ilə görüş planlaşdırılıb-planlaşdırılmadığı sualı verilib.

Prezidentin cavabı "bəli, bu mümkündür” olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin