Uşakov: "Putin və Uitkoffun görüşü üç saat davam edib və konstruktiv olub"

2024/10/1728380263.jpg
Oxunub: 597     19:25     25 Aprel 2025    
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında üç saat davam edən görüş konstruktiv və faydalı olub.

Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Putin və Uitkoff arasında keçirilən görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpasının mümkünlüyü müzakirə edilib. Bugünkü söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, digər beynəlxalq məsələlərdə də mövqelərimizi daha da yaxınlaşdırmağa imkan verdi”, - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uşakov   Putin   Uitkoff  


Bizi "telegram"da izləyin