Ordu.az xəbər verir ki, Uitkoffun olduğu avtomobil karvanı danışıqlardan sonra Kremli tərk edib.
Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş üç saata yaxın davam edib.
***
Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir.
Ordu.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Rusiya Prezidenti Vladimir Putin Kremldə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir", - o bildirib.
Ordu.az