Tramp Çin liderinin tariflərlə bağlı ona zəng etdiyini bildirib

2025/02/1739251290.jpg
Oxunub: 375     14:50     25 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ona zəng edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “TIME” a müsahibəsində deyib.

Donald Tramp Çin liderinin tariflərlə bağlı onunla əlaqə saxladığını və administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib: "Mən bunun onun adından zəiflik əlaməti olduğunu düşünmürəm”.

O, növbəti üç-dörd həftə ərzində tam sövdələşmələr cədvəlinin açıqlanacağını gözlədiyini bildirib.

Tramp hələ də tariflərin zəruri olduğuna əmin olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Cinpin  


Bizi "telegram"da izləyin