Kəşmirdə terror törətməkdə şübhəli bilinən şəxslərin evlərində partlayışlar olub

2025/04/1745565243.jpg
Oxunub: 384     10:27     25 Aprel 2025    
Cammu və Kəşmirdəki terror aktı ilə əlaqəsi olduğu ehtimal olunan şəxslərin yaşadıqları iki evdə partlayışlar baş verib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Rəsmilərin agentliyə verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri "Ləşkər-e-Taiba" qruplaşmasının iki üzvünün evlərində axtarış apardığı zaman bu binalarda yerləşdirilmiş partlayıcı qurğu partlayıb.

Partlayış nəticəsində binalar dağılıb. Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəşmir   Terror  


Bizi "telegram"da izləyin