Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var

2025/04/1745562009.jpg
Oxunub: 10154     10:18     25 Aprel 2025    
Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib.

"Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - o qeyd edib.

Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın baş verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin