Ordu.az xəbər verir ki, verilən açıqlamada hazırkı müvəqqəti hökumətin bu məsələ ilə bağlı heç bir qərar vermədiyi və qərarın gələn ay fəaliyyətə başlayacaq yeni hökumətə həvalə ediləcəyi bildirilib.
“Növbəti hökumətin hərtərəfli silah və texnika ixracı ilə bağlı verəcəyi qərar (indiki) müvəqqəti hökumət tərəfindən əvvəlcədən verilməyəcək”, - deyə nazirliyin sözçüsü Tim-Niklas Ventzel bildirib.
Ventzel qeyd edib ki, hazırkı hökumət “Eurofighter”in satışını təsdiqləmək üçün qərar qəbul etməyib.
Xatırladaq ki, Almaniyanın “Handelsblatt” qəzeti Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar Partiyasının koalisiya hökumətinin Türkiyəyə təxminən 30 “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışını siyasi səbəblərdən dayandırdığını yazıb.
Xəbərdə bu qərarı səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı hökumətin verdiyi iddia edilib. Türkiyənin bu təyyarələri almaq tələbinin insan haqları və qanunun aliliyi kimi məsələlərlə bağlı narahatlıqlar səbəbilə əngəlləndiyi iddia edilib.
Sevinc Əliyeva
Ordu.az