Hindistan Pakistan istiqamətində Hind çayının axınını bloklayıb

2025/04/1745555821.jpg
Oxunub: 476     00:39     25 Aprel 2025    
Hindistan Pakistan istiqamətində Hind çayının axınını bloklayıb, bəndlər və kanallar vasitəsilə su axınını idarə edən dörd şlüzün hamısını bağlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “ANI News” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, 1960-cı ildə Hind suları haqqında saziş imzalandığı vaxtdan bəri bu cür blokadanın ilk halıdır. O zaman tərəflər siyasi münaqişələrə baxmayaraq, resursları bölüşməyi razılaşdırmışdılar.

Daha əvvəl Pakistan bəyan etmişdi ki, Hindistanın Hind çayının su axınını dayandırmaq və ya yönləndirmək cəhdini müharibə aktı kimi qiymətləndirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin