Makron Ukrayna rəhbərliyinə qarşı tənqidi tamamilə əsassız hesab edir

2025/03/1741014406.jpg
Oxunub: 563     20:18     24 Aprel 2025    
ABŞ Prezidenti Donald Trampın narazılığı Ukraynanın deyil, yalnız Rusiyanın hərəkətləri ilə bağlı olmalıdır.

Ordu.az Fransa mətbuatına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Madaqaskara səfəri çərçivəsində çıxışı zamanı bildirib.

"ABŞ qəzəbini yalnız bir şəxsə - Rusiya Prezidenti Putinə yönəltməlidir", - o söyləyib.

Fransa Prezidenti qeyd edib ki, Ukrayna nizamlanması ilə bağlı yalnız bir sual verilməlidir: "Prezident Putin heç bir şərt olmadan atəşkəsə razıdırmı?".

Krımdan danışan Makron deyib ki, yarımadanın statusu məsələsi hazırda gündəmdə deyil.

"Paris Ukrayna xalqının öz ərazisində və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində sülh içində yaşamaq hüququnu müdafiə etməyə davam edəcək", - o vurğulayıb.

Ötən gün Tramp bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etməsi barədə bəyanatları Ukrayna münaqişəsinin başa çatması ilə bağlı danışıqlara zərər verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Ukrayna  


Bizi "telegram"da izləyin