Rusiya xarici kəşfiyyatı: Avropa Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır

2025/04/1745496855.jpg
Oxunub: 471     16:06     24 Aprel 2025    
Avropa ABŞ prezidenti Donald Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayır.

Ordu.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətindən (SVR) bildirilib.

Qeyd olunub ki, avropalı müharibəni qızışdıranlar Trampın sülhməramlı səylərinə zərbə vurmaq üçün kampaniyaya başlayırlar. "Britaniya və Fransa xüsusi xidmət orqanları Trampın ətrafına qarşı ittihamlar uydurmaq üçün Rusiyadan qaçan “informasiya çirki axtaranları” göndərir. Saxtalaşdırmaların nəticələrinin Ukraynada nizamlanma üzrə danışıqlar prosesini tormozlamaq üçün istifadə edilməsi planlaşdırılır", SVR-nin məlumatında bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Avropa   Tramp  


Bizi "telegram"da izləyin