Hakan Fidan: "Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edirik"

2024/07/1720975084.jpg
Oxunub: 653     15:57     24 Aprel 2025    
Türkiyə Ukraynada ən yaxın zamanda qismən atəşkəsin bərqərar olmasını arzu edir.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fİdan norveçli həmkarı Espen Barth Eide ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır.

Hakan Fidan, həmçinin, ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyinin tam olduğunu da vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Ukrayna  


Bizi "telegram"da izləyin