Ukrayna üç ayda 130.000 kiçik PUA idxal edib: Cəbhədə hansı modellər istifadə olunur?

2025/04/1745481574.jpg
Oxunub: 591     17:58     24 Aprel 2025    
Ukrayna 2025-ci ilin ilk rübündə təxminən 130.000 ədəd kiçik pilotsuz uçuş aparatı (PUA) idxal edib və bu PUA-lar Rusiya ilə müharibədə böyük təsir yaradıb.

Ordu.az Ukrayna kəşfiyyatının yaydığı hesabatına istinadən xəbər verir ki, Ukrayna bu ilin ilk üç ayında ümumi dəyəri 371,3 milyon dollar olan 127,8 min PUA idxal edib.

Dəyər baxımından bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir və PUA-ların döyüş meydanlarında istifadəsinin əhəmiyyətini nümayiş etdirir.

Hesabata görə, Rusiya-Ukrayna müharibəsində pilotsuz uçuş aparatları döyüş əməliyyatlarının əsas hissəsinə çevrilib və kəşfiyyat, artilleriya üçün hədəfləmə, düşmən canlı qüvvə və texnikasının məhv edilməsi kimi kritik vəzifələr yerinə yetirir.

Ukrayna hərbçiləri əksər hallarda DJI və “Autel” şirkətlərinin müxtəlif modifikasiyalı FPV dronlarından istifadə edirlər:

DJI Mavic 3
DJI Mavic 3 Pro
DJI Mavic 3T
DJI Matrice 300
Autel Evo Max 4T

Keçən ildən etibarən Ukrayna Müdafiə Nazirliyi də orduya bu kommersiya PUA-larının təminatına başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   MN  


Bizi "telegram"da izləyin