XİN: Qətər Rusiya və ABŞ arasında danışıqlar üçün platforma ola bilər

2025/02/1740566910.jpg
Oxunub: 444     15:05     23 Aprel 2025    
Rusiya və ABŞ arasında Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin gedişini izləyir və gərginliyi azaltmağa kömək edə biləcək bütün diplomatik həll yollarını alqışlayırıq.

Ordu.az xəbər verir ki, bu barədə "Kommersant" qəzetinə müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, Doha danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.

"Əgər bizim vasitəçilik təcrübəmiz və ya danışıqlar platformamız nə vaxtsa tərəflər üçün faydalı olarsa, Qətər həmişə danışıqlara kömək etməyə hazırdır", - nümayəndə bildirib və əlavə edib ki, bu, yalnız proses iştirakçıları tərəfindən müvafiq müraciətin olduğu təqdirdə mümkündür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin