Ordu.az xəbər verir ki, zərbə PUA-sı, həmçinin 2025-ci il aprelin 22-də keçirilən "Qısa uçuş-enmə zolaqlı gəmidən tam avtonom qalxma-enmə sınaqları"nı uğurla başa vurub.
"Bayraktar TB3" zərbə PUA-sı sınaq zamanı Saros körfəzində üzən "TCG Anadolu" gəmisindən 4 uçuş həyata keçirib.
Beləliklə, "TCG Anadolu" gəmisinə 4 dəfə uğurla qalxma-enmə icra edən "Bayraktar TB3" gün batımında son uçuşunu tamamlayıb.
Milli zərbə PUA-sı əvvəlki sınaqlarda olduğu kimi heç bir eniş dəstək avadanlığından istifadə etmədən qısa uçuş-enmə zolağına enib.
Sınaq zamanı "Baykar" tərəfindən hazırlanmış Süni Zəka (SZ) alqoritmləri də uğurla fəaliyyət göstərib. Tam avtonom qaxlma və enmələr SZ alqoritmlərinin dəstəyi ilə həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az