İsrailin Qəzzaya zərbələri 12 nəfərin həyatına son qoyub

2025/02/1738903345.jpg
Oxunub: 473     09:24     23 Aprel 2025    
Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub.

İsrail ordusunun Qəzzanın cənub hissəsindəki Rəfah bölgəsinə də zərbələr endirdiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin