Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan ABŞ-nin HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində hər hansı rol oynamasına mane olub-olmayacağı soruşulub. “Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik”, - Tramp bildirib. "Biz Qəzza ilə nə baş verəcəyini görəcəyik, lakin Yaxın Şərqdə çox irəliləyiş əldə etdik", - o vurğulayıb.
"Bu xüsusi günün hadisələri - 7 oktyabr 2023-cü il - heç vaxt baş verməməli idi", - Amerika lideri fikirlərinə davam edib. "Mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq", - o, yekunlaşdırıb.
Ordu.az