Tramp Çinə tarifləri azaldacaq

2025/04/1745305084.jpg
Oxunub: 436     03:02     23 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çindən gələn mallara rüsumları azaldacağını, lakin istənilən halda tarif dərəcəsinin sıfır olmayacağını bildirib.

Ordu.az xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“145 % (ABŞ-ın Çindən gələn mallara tətbiq etdiyi cari tariflər – red.) çoxdur, onlar o qədər də yüksək olmayacaq”, - o qeyd edib. "Əlbəttə ki, onlar o qədər də yüksək olmayacaqlar. Rüsumlar əhəmiyyətli dərəcədə aşağı düşəcəklər, lakin sıfır olmayacaq", - Tramp deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin