Ordu.az xəbər verir ki, Papperger bu fikri “Handelsblatt” qəzetinə müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, Ukraynanın hazırda oxşar texnologiyalara malik olması, eləcə də Almaniyanın “Taurus” arsenalının məhdudluğu bu silahın effektivliyini məhdudlaşdırır. O bildirib ki, döyüş meydanında real üstünlük klassik artilleriya mərmiləri ilə təmin oluna bilər.
Bundan əlavə, Papperger Pilotsuz Uçuş Aparatlarının (PUA) da effektivliyinin şişirdildiyini və onları dayandırmağın nisbətən asan olduğunu bildirib. “Əgər dronların və raketlərin qarşısını alan effektiv sistemlər mövcud olsaydı, bu texnologiyalar öz təsirini itirərdi”, - deyə o vurğulayıb.
Siyasi səviyyədə isə Almaniyada müxalifət lideri Fridrix Merz “Taurus” raketlərinin Ukraynaya təhvil verilməsinin yalnız Aİ ilə koordinasiyalı şəkildə mümkün ola biləcəyini deyib.
Almaniya daxilində bu məsələyə dair ciddi fikir ayrılıqları mövcuddur. Digər tərəfdən, Rusiya tərəfi bu cür silahların verilməsi halında NATO-nun münaqişəyə birbaşa daxil olduğunu qəbul edəcəyini bəyan edib.
Sevinc Əliyeva
Ordu.az