Cənubi Koreya ilə BƏƏ arasında KF-21 qırıcı təyyarələri üzrə əməkdaşlıq genişlənir

2025/04/1745059950.jpg
Oxunub: 627     10:11     23 Aprel 2025    
Cənubi Koreyanın KAI (Korea Aerospace Industries) şirkəti ilə Birləşmiş Ərəb Əmirlikləri arasında KF-21 “Boramae” qırıcı təyyarələrinin birgə inkişafı və istehsalı sahəsində əməkdaşlıq razılaşdırılıb.

Ordu.az xəbər verir ki, hər iki tərəf müdafiə sənayesində texnologiya transferi və ortaq istehsal imkanlarını nəzərdən keçirir.

Bu əməkdaşlıq BƏƏ-nin milli müdafiə sənayesini gücləndirmək və xarici asılılığı azaltmaq strategiyasının tərkib hissəsidir. Cənubi Koreya tərəfi KF-21 layihəsinin artıq uçuş sınaqları mərhələsində olduğunu və ilk seriyalı istehsalın 2026-cı ilə qədər başlanacağını bildirib.

Təyyarə 4,5-ci nəsil texnologiyaya sahibdir və həm “hava-hava”, həm də “hava-yer” raketləri ilə silahlandırıla bilər. Müasir radar sistemləri AESA tipli antenalar və modulyar avionika sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, BƏƏ bu çərçivədə texnologiyanın bir hissəsinin ölkədə istehsal olunması imkanlarını da qiymətləndirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   BƏƏ  


Bizi "telegram"da izləyin