Çinli peyk şirkətinin Yəməndəki husilərə məlumat dəstəyi verdiyi iddia edilir

2025/04/1744968789.jpg
Oxunub: 553     11:52     23 Aprel 2025    
ABŞ rəsmiləri Çin ordusu ilə əlaqəli “Chang Guang Satellite Technology Co Ltd” adlı kommersiya peyk şirkətinin Yəməndə fəaliyyət göstərən İran tərəfindən dəstəklənən husi silahlı birləşmələrinə Qırmızı dənizdə yerləşən ABŞ və beynəlxalq ticarət gəmilərinə qarşı hücumlar üçün görüntülər təqdim etdiyini bildiriblər.

Ordu.az xəbər verir ki, diplomatik kanallarla Pekinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Çin hökumətinin bu məsələdə reaksiyasız qaldığı qeyd edilir.

ABŞ Dövlət Departamentinin nümayəndəsi, şirkətin fəaliyyətlərinin Pekinin “sülh təşəbbüsləri” ilə ziddiyyət təşkil etdiyini və regiondakı sabitliyi pozduğunu bildirib. Məlumata görə, CGSTL (Chang Guang Satellite Technology Ltd) eyni zamanda 2023-cü ildə Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən hərbi əməliyyatlarda da “Vagner” qruplaşmasına yüksək ayırdetməli peyk görüntüləri təqdim etdiyi üçün sanksiyalara məruz qalmışdı.

ABŞ son həftələrdə husilərin mövqelərinə qarşı hərbi əməliyyatları intensivləşdirib. Çin isə regionda sabitliyin pozulmasından narahat olduğunu bildirsə də, Tehran üzərində real təsir göstərmədiyi vurğulanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yəmən  


Bizi "telegram"da izləyin