“Rheinmetall” müdafiə və kosmos texnologiyalarında effektivliyini artırmağı hədəfləyir

2025/04/1744100615.jpg
Oxunub: 474     16:09     25 Aprel 2025    
Almaniyanın qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “Rheinmetall” raket mühərrikləri və kosmik peyklərin istehsalına yeni investisiyalarla müdafiə və kosmos texnologiyalarında effektivliyini artırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.

“Rheinmetall” təkcə mövcud HIMARS və PULS sistemləri üçün idarə olunan raketlərdə istifadə ediləcək mühərriklər deyil, eyni zamanda sonrakı mərhələlərdə 50 ilə 500 kilometr arasında dəyişən, 2000 kilometr məsafəyə çatan daha təkmil raket sistemləri üçün mühərriklər istehsal etməyi hədəfləyir.

Bu təşəbbüs şirkətin raket mühərrikləri seqmentinə ilk addımı olacaq.

“Rheinmetall”ın baş direktoru Armin Papperger bu yeni istehsal xəttinin istifadəyə verilməsinin ən azı iki il çəkə biləcəyini bildirib.

“Xüsusilə lazımi istehsal avadanlıqlarının əldə edilməsində çətinliklər səbəbindən istehsal prosesinin tənzimlənməsi vaxt aparacaq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rheinmetall   HIMARS  


Bizi "telegram"da izləyin