Sudanın cənubundakı Əl-Obeid şəhərində döyüşlər gedib

2025/04/1743570993.jpg
Oxunub: 363     02:36     02 Aprel 2025    
Sudan Silahlı Qüvvələri və Çevik Reaksiya Qüvvələri (ÇRQ) arasında Sudanın cənubundakı Şimali Kordofan əyalətinin mərkəzi olan strateji Əl-Obeid şəhərində döyüşülər gedib.

Ordu.az-ın məlumatına görə, hərbçilər ÇRQ-yə canlı qüvvə və texnikada böyük itkilər verdilər və onların bölmələri geri çəkildi. ÇRQ bu məlumatı hələ şərh etməyib.

Yerli sakinlər bildiriblər ki, çərşənbə axşamı səhər Əl-Obeidin qərb məhəllələrində ağır silahlardan istifadə olunmaqla döyüşlər başlayıb. Lakin sonradan vəziyyət normallaşıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan   Əl-Obeid   Döyüş  


Bizi "telegram"da izləyin