Litvada itkin düşən amerikalı hərbçilərdən daha birinin meyiti tapılıb

2025/04/1743570209.jpg
Oxunub: 365     03:02     02 Aprel 2025    
Ötən həftə Litvada təlim keçdikdən sonra itkin düşən dörd amerikalıdan daha birinin, sonuncunun meyiti aşkarlanıb.

Ordu.az xəbər verir ki, məlumatı ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığı təsdiqləyib.

Məlumata görə, onun meyiti təlim poliqonunun yaxınlığında aşkar edilib.

Litva Prezidenti Gitanas Nauseda hərbçinin həlak olması ilə bağlı başsağlığı verib.

Bundan əvvəl “M88 Hercules” zirehli transportyorunun içərisində 3 amerikalı əsgərin meyiti bataqlıqda tapılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   ABŞ   Hərbçi  


Bizi "telegram"da izləyin