Ordu.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Əl-Hodeyda, Saada və Həccah əyalətləri hücuma məruz qalıb. Hücumların nəticələri barədə hələlik məlumat yoxdur.
“Al Hadath” telekanalının yaydığı məlumata görə ABŞ Hərbi Hava Qüvvələri Yəmənin qərbində yerləşən Əl-Hodeydə əyalətində husilərin təlim düşərgəsinə silsilə zərbələr endirib.
Ordu.az