ABŞ PUA istehsalında İrana kömək etdiyinə görə altı şirkətə sanksiya tətbiq edib - YENİLƏNİB

2025/04/1743520299.jpg
Oxunub: 744     21:41     01 Aprel 2025    
ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyini iddia edilən altı qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Sənədə əsasən, məhdudiyyətlər İran, BƏƏ və Çində “Qods Aviation Industries” şirkəti üçün pilotsuz təyyarə hissələrinin alınmasından cavabdeh olan altı qurum və iki fiziki şəxsdən ibarət şəbəkəyə şamil ediləcək.

ABŞ-ın məlumatına görə, “Qods Aviation Industries” şirkəti İranda PUA istehsalı ilə məşğuldur.

Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods Wholesalers LLC” şirkətlərini, həmçinin Çinin “Zibo Shenbo Machinelectronics” və İranın “Rah Roshd International Trade Exchanges Development” şirkətlərini, həmçinin şirkətin iki əməkdaşını hədəfləyir.

***

ABŞ İrana yeni sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Məhdudiyyətlərin İran, Çin və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçən 6 müəssisə və 2 fiziki şəxsi əhatə etdiyi açıqlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin