Rusiya və Çin XİN başçıları Moskvada danışıqlar aparıb

2025/04/67ebc-1743504676.jpg
Oxunub: 394     14:39     01 Aprel 2025    
Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla Rusiyada rəsmi səfərdə olacaq Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ arasında danışıqlar keçirilib.

Ordu.az xəbər verir ki, danışıqlar zamanı Rusiya və Çinin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərin mövzularını, o cümlədən ən yüksək və ali səviyyələrdə təmasları, həmçinin beynəlxalq gündəmdəki ən aktual məsələləri, o cümlədən Ukrayna ətrafında böhranın həlli perspektivlərini müzakirə ediblər.

Danışıqların yekununda Sergey Lavrov və Van İ siyasi məsləhətləşmə planı imzalayıblar.

Qeyd edək ki, ÇİN XİN başçısını bu gün Rusiya prezidenti Vladimir Putin Kremldə qəbul edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin