Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Tayvan administrasiyası “Lockheed Martin”in Cənubi Karolina ştatının Qrinvill şəhərindəki istehsalat müəssisəsində keçirilən təhvil mərasimində sifariş verdiyi ilk “F-16 Block 70” (Viper) döyüş təyyarələrini təhvil alıb.
ABŞ konqresmeni Uilyam Timmons tərəfindən rəsmi sosial media hesabında yayımlanan fotolar vasitəsilə ictimaiyyətə ilk dəfə elan edilən təhvil-təslim mərasimində Tayvan administrasiyasının müdafiə nazirinin müavini Po Hornq-huei və Tayvan administrasiyasının ABŞ-dəki nümayəndəsi Aleksandr Yui iştirak edib.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, bütün təyyarələrin 2026-cı ilin sonuna qədər təhvil verilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az